XXVII tura iki legionersiz...
Premyer Liqanın 27-ci turu çərçivəsində "Bakı"nı qəbul edəcək "Neftçi" iki futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Sportal.az xəbər verir ki. son turda keçirilən "İnter"lə matçda "Neftçi"nin iki legioner futbolçusu Erik Ramosla Karlos Kardozo sarı vərəqə alaraq növbəti matça çıxmaqdan məhrum olublar. Hər iki futbolçu mövsüm ərzində 8 sarı vərəqə aldığına görə ikinci dəfə cəzalı duruma düşüb.
Qeyd edək ki, "Neftçi" - "Bakı" matçı aprelin 1-i keçiriləcək.
saytlarin hazirlanmasi