AZAL "Neftçi" ilə matça itkilərlə çıxa bilər

20:39 - 9 Mart 2015

Yarımmüdafiəçinin son durumu sabah məlum olacaq
 
Ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında "Neftçi"ilə qarşılaşacaq AZAL oyuna ciddi itki ilə çıxacaq.
 
Sportal.az xəbər verir ki, cəzalı olan Xuan Fransiskonun oyunu buraxacağı dəqiqdisə, dünən "Bakı" ilə oyunda zədələnən Viktor İqbekoyenin durumu bəlli deyil. Sabah keçiriləcək tibbi müayinədən sonra futbolçunun son durumuna aydınlıq gələcək. Qeyd edək ki, komandalar arasında baş tutan ilk oyun 0-0 hesabı iləbaşa çatmışdı. Xatırladaq ki, cavab oyunu martın 13-də keçiriləcək.

Xəbər xətti