U-13 və U-11 liqası
“Neftçi” PFK-nın U-11 komandası növbəti dəfə qalib gəlib. Baş məşqçi Vaqif Əliyevin yetirmələri “Bakı” üzərində 3:1 hesablı səfər qələbəsi qazanıb. Komandanın qollarını Tural Mirsultanov, Ağadadaş Salyanski və Bahadur Quliyev vurublar.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "flaqman"ın U-13 komandası da qələbə qazanıb. Baş məşqçi Eldəniz Məmmədovun yetirmələri “İnter”i məğlub edərək birinci pillədəki yerini möhkəmlədib. 4:0 hesabı ilə nəticələnən oyunda Musa Qurbanlı, Mübariz Soltanov, Malik Nadirov və Vüsal Qənbərov fərqləniblər.
saytlarin hazirlanmasi