U-10, U-11, U-12, U-13 qələbə qazansa da...
"Sumqayıt" Futbol Klubunun akademiyası həftəsonu AFFA-nın təşkil etdiyi Liqalarda uğurlu çıxışı ilə yadda qalıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, U-10 liqasından U-14 liqasına qədər fasilə artıq başa çatdığından bütün qarşılaşmalar baş tutub.
Mərkəz regionunda mübarizə aparan "Sumqayıt" FK-nun 14 yaşadək futbolçulardan ibarət komandası səfərdə "Neftçi" PFK ilə qarşılaşmadan heç-heçə ilə ayrılıb (1:1). Komandamızdan yeganə qolu Məhəmməd Bağırov vurub.
U-13 Liqasında mübarizə aparan "Sumqayıt" FK U-13 isə UGİM-1 üzərində 2:1 hesablı qələbə qazanıb. Bu görüşdə komandanın üzvü Nihat Yaqubzadə dubl edib.
"Sumqayıt" FK U-12 də turu qələ ilə başa vurub. Komanda UGUM-1 klubunu 4:2 hesabı ilə üstələyib. "Sumqayıt" FK U-12-dən qolları Nurlan Bayramov (2), Murad Əliyev və Alı Alıyev vurub.
U-11 komandası isə turu böyükhesablı qələbə ilə başa vurub. "kimyaçılar" "Həkəri" FK-nu 9:0 hesabı ilə üstələyib. Bu oyunda Fərid Abbasov (3), Əli Əlizadə (2), Kənan Cavadlı (2), Qütrət Qasımzadə və Fərid İlyaslı fərqlənib.
"Sumqayıt" FK U-10 "Sumqayıtspor" üzərində 4:2 hesablı qələbə qazanıb. Komandadan qolları İbrahim Nağıyev (2), Nüsrət Fərzəli və Kənan Cavadlı vurub.
AFFA-nın təşkil etdiyi kubokda uğurlu çıxışı ilə diqqət çəkən "Sumqayıt" Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası 1/2 finalın ilk oyununda səfərdə "Bakı" ilə bərabərə qalıb (1:1). Bu oyunda yeganə qolu penaltidən Murad Məmmədxanlı vurub.
Ötən həftə U-16 komandası "Kapital Bank Arena"da "Qəbələ" ilə üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Vüsal Buludlu vurulan yeganə qolun müəllifi olub.
Ötən həftə yalnız "Sumqayıt" FK U-19 məğlubiyyətlə üzləşib. 19 yaşadək futbolçulardan ibarət komanda "Qarabağ"a 0:3 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi