Ümit Özatın istefası qəbul edilmədi, İmamverdiyev təhlükədə

18:08 - 10 Mart 2015

Komandadan ayrıla bilər

 

Xəbər verdiyimiz kimi, Milli komandamızın futbolçusu Cavid İmamverdiyevin şərəfini qoruduğu "Elazığspor"da baş məşqçi Ümit Özatın istefa ərizəsini rəhbərliyə təqdim etmişdi.

 

Sportal.az klubun rəsmi saytına istinadən  xəbər verir ki, klub rəhbərliyi mütəxəssisin istefasını qəbul etməyib. Klubun rəsmi saytında baş verənlərlə bağlı bunlar yazılıb : " Prezidentimiz Səlçuk Öztürk və idarə heyəti baş məşqçi Ümit Özatla keçirdiyi görüşdən sonra onun vəzifəsində qalması qərara alınıb. Özat bu axşamkı məşqdə komandanın başında olacaq.

 

Qeyd edək ki, Özatın komandada görmək istəmədiyi futbolçulardan biri də Cavid İmamverdiyevdir. Özatın dönüşü İmamverdiyev üçün xoş olmaya bilər.

Xəbər xətti