"Neftçi" yoxlama oyunu keçirəcək

11:40 - 11 Mart 2015

Paytaxt təmsilçisi rəqib axtarışında
 
Azərbaycan kubokunun 1/4 final mərhələsində AZAL-la cavab matçına çıxacaq “Neftçi” digər klublardan daha çox istirahət edəcək.
 
Sportal.az xəbər verir ki, Premyer Liqanın XXVI turunda oyun keçirməyəcək paytaxt təmsilçisinin növbəti matçı aprelin 1-nə təsadüf edəcək.
 
Buna səbəb martın 18-də çempionat oyunlarından sonra milli komandanın bir araya gəlməsidi. iAZAL-la kubok oyunundan sonra 3 günlük istirahətə buraxılacaq “ağ-qaralar” martın 17-də bir araya gələcəklər. Komanda tam heyətlə olmadığından, baş məşqçi Arif Əsədov ölkə xaricində toplanış keçməyə ehtiyac duymur.
 
“Neftçi” bu müddətdə məşqlərini öz bazasında keçəcək. Komanda martın 23-də yoxlama görüşündə qüvvəsini sınayacaq. Əgər həmin gün üçün rəqib tapılmasa, əvəzedici heyətdən bir neçə futbolçu cəlb edilərək ikitərəfli oyun keçiriləcək.

Xəbər xətti