1/8 final matçı
Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti cavab oyunları baş tutub.
Sportal.az xəbər verir ki, “Çelsi” doğma divarlar arasında PSJ ilə üz-üzə gəlib. Parisdə keçirilən ilk oyunda komandalar hərəyə 1 dəfə fərqlənsələr də, bundan başqasına gücləri çatmayıb. Cütün taleyinə Londonda aydınlıq gəlib. 90 dəqiqə ərzində tərəflər yenə hərəyə 1 top vurmağı bacarıb. Matça əlavə edilə yarım saatda da komandalar növbəti dəfə mərkəzdən başlamağa məcbur olub. Əvvəlcə 96-cı dəqiqədə Eden Azard “zadəganlar”ı penaltidən vurduğu qolla önə çıxarıb.
Lakin Paris klubunun kapitanı Tiaqo Silva 114-cü dəqiqədə hesabı bərabərləşdirib. Oyunda bundan başqa qol olmayıb və PSJ səfərdə vurduğu 2 topa görə 1/4 finala yüksəlib.
“Çelsi” (İngiltərə) - PSJ (Fransa) - 2:2
Qol: Kehill, 81, Azard, 96-pen - Luis, 86, Silva, 114
saytlarin hazirlanmasi