"Xəzər Lənkəran"ın sabiq üzvü həbs oluna bilər

13:54 - 12 Mart 2015

Ahmet Dursun üçün şok iddia
 
Türkiyə millisinin və "Xəzər Lənkəran"ın sabiq futbolçusu Ahmet Dursun həbs oluna bilər.
 
Sportal.az xəbər verir ki, Hande C.adlı qadın onu təhqir edən Dursunu məhkəməyə verib.
 
Hadisə keçmiş futbolçuya aid şirniyyat evinin qarşısında baş verib. Hande C. adlı qadın avtomobilini şirniyyat evinin qarşısında saxlayıb. A.Dursun isə  avtomobili orada saxlamamaq üçün qadına xəbərdarlıq edib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Bu zaman A.Dursunun qadını təhqir etdiyi iddia edilib.
 
Bundan sonra hər iki tərəf məhkəməyə müraciət edib. A.Dursunun günahı sübuta yetirilərsə, o, 2 aydan 2 ilədək həbs oluna bilər.Xatırladaq ki, A.Dursun 2009-2010-ci illərdə "Xəzər Lənkəran"da oynayıb.

Xəbər xətti