CEV kuboku
Qadınlardan ibarət voleybolçular arasında keçirilən CEV kubokunun Çelenc raundunda növbəti oyunlar keçirilir.
Sportal.az xəbər verir ki, təmsilçimiz "Rabitə" Fransanın "Beziers" klubuyla qarşılaşıb. İlk oyunda fransızları səfərdə 3:1 məğlub edən "rabitəçilər", bu dəfə 3:0 qalib gəlib.
"Rabitə" bu qələbəylə CEV kubokunun yarımfinalına vəsiqə qazanıb.
Rabitə (Azərbaycan) - Beziers (Fransa) 3:0 (25:16, 25:22, 25:17)
saytlarin hazirlanmasi