FİFA milli komandanı DÇ-2018-in seçmə mərhələsindən kənarlaşdırıldı

10:52 - 13 Mart 2015

Buna səbəb borcunun ödənilməməsi olub
 
FİFA Zimbabve yığmasını "DÇ-2018"in seçmə mərhələlərindən kənarlaşdırıb.
 
Sportal.az xəbər verir ki, buna millinin sabiq baş məşqçisi Joze Klaudinei Georgininin borcunun ödənilməməsi səbəb olub.
 
Zimbabve Futbol Federasiyasına borcu ödəmək üçün xeyli müddət vaxt verilməsinə baxmayaraq federasiya tələbi yerinə yetirməyib. 
 
Belədə FİFA Zimbabve millisini oktyabr ayında başlanacaq seçmə mərhələdən məhrum edib. 

Xəbər xətti