Tərlan Əhmədov: "Hakimi söyən oyunçu da cəzalandırılmalıdır"

17:34 - 13 Mart 2015

"Hiss edirdim ki..."

 

Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyununda AZAL-ı məğlub edən “Neftçi” adını növbəti mərhələyə yazdırdı.

 

Sportal.az xəbər verir ki, oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bunları qeyd edib:

 

“İlk oyunda qol buraxmamışdıq. Hiss edirdim ki, cavab oyunu bizim üçün ağır keçəcək. İlk hissədə oyunçularımda həyəcan vardı. Mən fasilədə futbolçulardan xahiş etdim ki, meydançaya çıxıb gözəl oyun sərgiləsinlər. Cinahlardan oyun qurmağa çalışdıq. Amma  Viktor İqbekoyinin olmaması hücumların sürətli qurulmasına mane oldu. Mən indiyə kimi hakimlik barədə danışmamışam. Əgər bir oyunçu oyunçunu söyüb 3 oyun cəza alırsa,  hakimi söyən oyunçu da cəzalandırılmalıdır. Belə hallar futbolun gözəlliyinə xələl gətirir”

Xəbər xətti