Millimizin üzvü fərqləndi, komandası məğlub oldu

12:18 - 14 Mart 2015

24-cü turun matçı

 

Türkiyənin PTT 1-ci liqasında XXIV tura start verilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü olan Ufuk Budakın forma geyindiyi "Qaziantep BB" "Şanlıurfaspor"un qonağı olub. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ufuk start heyətində yer alsa da 63 dəqiqə oynayıb. O, yalnız 39-cu dəqiqədə sarı vərəqə almaqla fərqlənib.

 

Qeyd edək ki, "Qaziantep BB" 24 turdan sonra хalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər xətti