Cəmşid Məhərrəmov oynadı, komandası məğlub oldu VİDEO

19:15 - 14 Mart 2015

Autsayder rəqibindən 3 xal qopardı
 
Türkiyə PTT Liqasında 24-cü turun oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, Cəmşid Məhərrəmovun formasını geyindiyi “Adanaspor” doğma meydanda “Bucaspor”la qarşılaşıb.
 
PTT-ni tərk etmək təhlükəsi ilə üzləşən bucalılar səfərdə qələbə qazanmağı bacarıb. Qonaq komandanın qələbə topunu 38-ci dəqiqədə Aladağ Əmir vurub. Start heyətində yer alan Cəmşid Məhərrəmov 90 dəqiqə mübarizə aparıb. 24 turdan sonra aktivində 28 xal olan "Adanaspor" turnir cədvəlinin 12-ci pilləsində qərar turub.           

 

Xəbər xətti