Məmmədyarov sülh bağladı

18:31 - 15 Mart 2015

32-ci gedişdə...

 

İslandiyada keçirilən "Reykyavik Open" şahmat turniri davam edir.

 

Sportal.az xəbər verir ki, 6-cı turda təmsilçimiz Şəhriyar Məmmədyarov (2756) çexiyalı David Navara (2736) ilə qarşılaşıb. Tərəflər 32-ci gedişdə sülhə razılaşıblar.

 

Qeyd edək ki, 6 turdan sonra hesabında 5,5 xal olan Şəhriyar 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti