Millimizin rəqibi Bakıya qələbəylə gəlir

18:37 - 15 Mart 2015

Ukrayna yığması "Lkomotiv"ə qalib gəldi
 
AÇ-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan Ukrayna futzal yığması Bakıya səfər öncəsi yoldaşlıq oyunu keçirib.
 
Sportal.az xəbər verir ki, Ukrayna milli komandası  Xarkov "Lokomotiv"ini sınağa çəkib.  Oyun Ukrayna yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Bakıda keçiriləcək AÇ-2016-nın seçmə mərhələsində millimiz Ukrayna ilə yanaşı, Danimarka və Belçika yığmalarıyla eyni qrupda mübarizə aparacaq.

Xəbər xətti