Biliç futbolçudan onu öpməsini istəyib

21:30 - 15 Mart 2015

Necip məşqçisinin sözünü yerə salmadı
 
Türkiyə Superliqasının 24-cü turu çərçivəsində “Beşiktaş” – “Kayseri Ərciyəsspor” matçında maraqlı anlar yaşanıb. 
 
Sportal.az xəbər verir ki, doğma meydanda autsayderə böyük hesabla (5:1) qalib gələn oyunda “Qara qartallar”ın baş məşqçisi Slaven Biliç sevincini gizlədə bilməyib. Belə ki, xorvatiyalı mütəxəssis kayserililırin qapısına vurulan 3-cü qoldan sonra su işmək üçün kənara çıxan Necip Uysaldan onu öpməsini istəyib. Həmin anda futbolçu məşqçisinin sözünü yera salmayaraq onun istəyini yerinə yetirib. Bu maraqlı anlar da fotorepartyorların diqqətindən qaçmayıb.

Xəbər xətti