"Xəzər Lənkəran"da zədəlilərin son durumu

00:37 - 16 Mart 2015

Qolkiperdən şad xəbər
 
"Xəzər Lənkəran"da qolkiper Vyekeslav omiç və Alfred Sankonun zədəsi olduğu barədə məlumat vermişdik.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, Tomiçin zədəsi elə də ciddi deyil və qapıçı sabahdan etibarən komanda ilə məşqlərə başlayacaq. Qasıq nahiyəsində ağrılar olan Sanko isə oyun gününə kimi zədəsini sağadacaq. Hər iki futbolçu martın 18-i keçiriləcək AZAL-la matçda meydanda olacaq.

Xəbər xətti