"Fənərbaxça" uduzdu, Superliqada lider dəyişdi

00:51 - 16 Mart 2015

"Beşiktaş" darmadağınla qalib gəldi
 
Türkiyə superliqasında 24-cü turun oyunları davam edir.
 
Sportal.az xəbər verir ki, "Fənərbaxça" səfərdə "Gənclərbirliyi"nə 1:2 hesabı ilə uduzub. Bu tur "Qalatasaray" da xal itirdiyindən öz meydanında "Kayseri Ərciyəsspor"a 5:1 hesabı ilə qalib gələn "Beşiktaş" yenidən liderliyə yüksəlib. Hazırda 54 xalla "Beşiktaş" 1-ci, 52 xalla "Qalatasaray" 2-ci, "Fənərbaxça" isə 50 xalla 3-cü pillədə qərarlaşıb.
 
Qeyd edək ki, tura bu gün keçiriləcək “Qaziantepspor” – “Trabzonspor” matçı ilə yeun vurulacaq.
 
 
Türkiyə Superliqası, 24-cü tur
 
“Eskişəhirspor” – “Mersin İdman Yurdu” 2:0
Qollar: Öztürk, 25, Ömər Şişmanoğlu, 35
 
“Beşiktaş” – “Ərciyəsspor” 5:1
Qollar: G.Töre, 25 , Demba Ba, 34-pen, Şahan, 45 , Mustafa Pektemek, 77, Ramon ,79 -  Drente, 48
 
“Gənclərbirliyi” – “Fənərbaxça” 2:1
Qollar: Petroviç, 37 , El Kabir, 87 - Mehmet Topal,72

Xəbər xətti