Vüqar Nadirov 736 gündən sonra...

12:09 - 16 Mart 2015

Mövsümün ilk het-triki

 

Azərbaycan kubokunun 2014/15 mövsümündə ilk het-trik qeydə alınıb. 1/4 final mərhələsinin “Bakı” ilə səfərdəki cavab oyununda vurduğu 3 qolla “Qarabağ”ın 4:1 hesablı qələbəsində pay sahibi olan Vüqar Nadirov ilkin müəllifi kimi tarixə düşüb.

 

Sportal.az xəbər verir ki, kubok yarışlarında 2013/14 mövsümündə də bir oyunda 2-dən artıq qol vuran olmamışdı. Sonuncu het-trik isə 2012/13 mövsümünün 1/4 final mərhələsində qeydə alınmışdı. İndiki kimi cavab oyunları çərçivəsində keçirilən matçlar zamanı Ağabala Ramazanov het-trikə imza atıb. O, 2013-cü il martın 7-də “Rəvan”la ev oyununda fərqlənib.

Maraqlıdır ki, həm Ramazanov, həm də Nadirov qollardan birini 1-ci, ikisini 2-ci hissədə vurub. Azərbaycan kubokunda iki het-triki 736 gün ayırıb. 

Xəbər xətti