"Əgər məşqə çıxırıqsa..."
Mətbuatda yayılan məlumatlara görə, "Sumqayıt"ın prezidenti Kamran Quliyev oyunçuları əsəbləşdirən qərar verib. Belə ki, məsələn, indiyədək 5000 dollar maaş alan futbolçu bundan sonra 4000 dollar üstəgəl 10 faiz bonus əldə etmiş olacaq. Klubda ödəmələr dollarla aparıldığından bu, oyunçuların etirazına səbəb olub. Hətta belə bir məlumatda var ki, maaşlar ödənilənə kimi qərar dəyişməsə və əmək haqqları yeni üsulla verilsə, oyunçular məşqlərə və lazım gələrsə, növbəti turun oyununa çıxmayacaq.
Bu barədə Sportal.az-a danışan "Sumqayıt"ın kapitanı Ruslan Poladov bunları qeyd edib:
"Belə bir xəbərlərin yayılması absurddur. Biz məşqimizi davam etdiririk. "Qarabağ"la matçda da meydanda olacağıq. Biz bu oyunda meydanda olmaqla məlumatların yanlış olduğunu bir daha sübut edəcəyik".
saytlarin hazirlanmasi