Klub internat məktəbini ziyarət etdi
"Sumqayıt" FK Novruz bayramı ilə əlaqədar xüsusi tipli internat məktəbini ziyarət edib
Sportal.az xəbər verir ki, “Sumqayıt" Futbol Klubunun nümayəndələri Novruz bayramı ilə əlaqədar "ilaxır çərşənbə" günü Sumqayıt şəhərində yerləşən sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbini ziyarət edib. Tədbirdə "Sumqayıt" FK-nun prezidenti Kamran Quliyev, vitse-prezident Vaqif Ömərov, texniki direktor Frank Bernhardt, baş menecer Ceyhun Sultanov, A komandanın baş məşqçisi Aqil Məmmədov klubun futbolçuları - Vurğun Hüseynov və Bəxtiyar Həsənalızadə iştirak edib. Novruz bayramı ilə əlaqədar görüş zamanı uşaqlara klubun idman geyimləri və müxtəlif hədiyyələr təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.
saytlarin hazirlanmasi