"Fənərbaxça"nın futbolçusu azarkeşlərə hücum çəkdi

18:45 - 17 Mart 2015

“Emenike oyna, artistlik etmə”
 
“Gənclərbirliyi” ilə səfər matçında “Fənərbaxça”nın hücumçusu Emenike yenə özünü yaxşı tərəfdən göstərə bilməyib.
 
Sportal.az xəbər verir ki, nigeryalı forvardın oyunundan razı qalmayan  fanatlar hava limanında komandanı qarşılayanda Emenikeyə qarşı üsyan ediblər.
 
“Sarı-lacivərdlilər”in məğlubiyyətini həzm etməyən azarkeşlər “Emenike oyna, artistlik eimə ” şüarları səsləndirib. Buna dözməyən futbolçu  fanatların üzərinə hücum çəkəndə Egemen araya girərək hadisənin böyüməsinə mane olub.    

Xəbər xətti