"Bakı"ya "Simurq"la matç öncəsi şad xəbər

21:47 - 17 Mart 2015

Müdafiəçi zədəsini sağaldıb

 

Premyer Liqanın 26-cı turunda "Simurq"u qəbul edəcək "Bakı" son hazırlıqlarını yekunlaşdırıb.

 

Sportal.az xəbər verir ki, zədə səbəbindən "Qarabağ"la matçı buraxmalı olan "Bakı"nın müdafiəçisi Vüqar Bəybalayev zədəsini tam olaraq sağaldaraq sabahkı oyunda komandasına kömək edə biləcək.

 

Qeyd edək ki, "Bakı" - "Simurq" matçı sabah saat 15:00-da start götürəcək.

Xəbər xətti