Millimiz bu gün ilk oyununa çıxır

10:45 - 18 Mart 2015

Rəqib Belçikadı
 
Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinə start veriləcək. 
 
Sportal.az xəbər verir ki,  Azərbaycan millisi də bu gün mübarizəyə qoşulacaq. Paytaxtımızda keçiriləcək V qrupun oyunları çərçiəvəsində yığmamız Belçika ilə qarşılaşacaq.  Oyunlar “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək.
 
Qeyd edək ki, qrupu ilk pillədə başa vuran komanda 2016-cı ildə Serbiyada təşkil olunacaq final mərhələsinə birbaşa vəsiqə qazancaq.İkinci və üçüncü yerinsahibləri arasında ən yaxşı nəticəni qazanan  yığma da Avropa çempionatında oynamaq şansı əldə edəcək.

Xəbər xətti