Tağı Seyidovun het-triki
Futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatında növbəti turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu turda "Araz-Naxçıvan" çempionatın liderlərindən olan Naxçıvan Dövlət Universitetinin (NDU) komandasını qəbul edib. Mərkəzi arenada keçirilən görüşə sürətli başlayan komanda elə 2-ci dəqiqədə hesabı açmağa müvəffəq olublar. Tağı Seyidov təkbətək epizoddan maksimum yararlanıb - 1:0. Qoldan sonra bütün üstünlüyü ələ alan "Araz Naxçıvan" ilk hissənin sonuna kimi rəqibi daha iki dəfə mərkəzə dəvət edib. Tağı Seyidov het-trikin rəsmiləşdirib. Müdafiədə yararan boşluqdan maksimum istifadə edən qonaqlar hesab arasındakı fərqi minimuma endirsələr də, meydanı məğlub tərk ediblər - 3:2.
saytlarin hazirlanmasi