Yığmamız Qazaxıstan klubuna uduzdu

13:16 - 18 Mart 2015

"Novruz" turniri

 

Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında “Novruz” turnirinə start verilib. Azərbaycan millisi ilk qarşılaşmasında Qazaxıstanın “Kapşaqay” klubu ilə üz-üzə gəlib.

 

Sportal az xəbər verir ki, görüş Elxan Əliyevin yetirmələrinin 69:80 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Yarışa qatılan Özbəkistan millisi də yığmamızın taleyini yaşayıb. Onlar da Qazaxıstanın digər klubu - “Kaspi”yə uduzublar.  

 

Qeyd edək ki, komandamız II turda “Universitet”lə oynayacaq

Xəbər xətti