Millimizin baş məşqçisi: "Ukrayna ilə oyunda heç-heçəni düşünsək, uduzarıq"

11:44 - 20 Mart 2015

"Hazırda qrup lideriyik"
 
“Komandamı təbrik edirəm. Ardıcıl ikinci qələbəmizi qazandıq”.
 
Sportal.az xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Tino Peres deyib. Avropa çempionatının əsas seçmə mərhələsinin ikinci turu çərçivəsində Danimarkanı 11:2 hesabı ilə üstələyən millimizin çalışdırıcısı görüşün əvvəlində rəqibə mümkün qədər çox qol vurmaq barədə düşünmədiklərini bildirib: “İlk növbədə fikrimiz qələbə qazanmaq idi. Daha sonra qol fərqi barədə düşünmək olardı. İkinci hissənin əvvəlində rəqibin vurduğu qol bizi sanki ayıltdı. Bundan sonra ard-arda qollar gəldi”.
 
Peres son turda Ukrayna ilə görüşə də yalnız qələbə üçün çıxacaqlarını bildirib: “Hazırda qrup lideriyik. Son turda Ukrayna ilə qarşılaşacağıq. Həmin oyuna da yalnız qələbə haqda düşünəcəyik. Ukrayna ilə oyunda heç-heçəni düşünsək, uduzarıq”.

Xəbər xətti