"Bu cür rəqiblərlə qarşılaşmaq bizim üçün yaxşı təcrübə oldu"
"Çox güclü komandaya qarşı oynadıq. Amma rəqib nə qədər güclü olsa da, qapımızda 11 qol görməli deyildik”.
Sportal.az xəbər verir ki, bu sözləri futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycana qarşı oyundan (2:11) sonra Danimarka millisinin
baş məşqçisi Nikolay Nklein deyib.
O daha sonra deyib: “Birinci hissədə yaxşı oynadıq. Lakin son 10 dəqiqədə Azərbaycan yığması üstünlüyə tam yiyələnərək, ardıcıl qollar vurdu. Həm Ukrayna, həm də Azərbaycan millisi güclü komandadır. Bu cür rəqiblərlə qarşılaşmaq bizim üçün yaxşı təcrübə oldu”.
saytlarin hazirlanmasi