Respublika stadionunda son durum, Rəşadla Əfranın məşqi VİDEO
11:50 - 22 Mart 2015
Kapitan istirahət etmir
Martın 28-i Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş arenada Azərbaycan yığması Maltanı qəbul edəcək.
Sportal.az xəbər verir ki, milli komandanın oyunu ilə bağlı çempionatımıza fasilə verilib. Bütün futbolçular istirahətdə olsa da, "Qarabağ" və yığmamızın kapitanı Rəşad Sadıqovla "İnter"in üzvü Əfran İsmayılov məşq edir. Hər ikisinin Respublika stadionunda çalışması diqqəti cəlb edib.