"Bunu dərk etsinlər ki, derbidə kimsə "Beşiktaş"ı əzə bilməz"

17:10 - 22 Mart 2015

Slaven Biliç: “Brügge” məğlubiyyətini şişirtməyə dəyməz"
 
Avropa Liqasının 1/8 finalında Belçika “Brügge”snə hər iki oyunda məğlub olaraq turnirdə mübarizəni dayandıran “Beşiktaş”ı bu gün Superliqada əzəli rəqibi “Fənərbaxça”yla qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, derbi matçı öncəsi “Beşiktaş”ın baş məşqçisi Slaven Biliç maraqlı açıqlama verib. Xorvatiyalı mütəxəssis əvvəlcə “Brugge” məğlubiyyətinə münasibət bildirib:
 
“Futbolda belə nəticələr olur. Bəzən dünyanın ən güclü komandaları belə kubokda mübarizəni dayandırıb. “Brügge” məğlubiyyətini şişirtməyə dəyməz. Avropa Liqasında mübarizəni dayandırsaq da, Superliqada çempionluq uğrunda mübarizəni davam etdiririk. Artıq “Brügge” məğlubiyyətini unudub , “Fənərbaxça”yla oyunu düşünməliyik. Çoxları elə fikirləşir ki, “Fənərbaxça” bizə evdə qalib gələcək. Ancaq bunu dərk etsinlər ki, derbidə kimsə “Beşiktaş”ı əzə bilməz”.        

Xəbər xətti