"Bakı" 3 itki ilə "Neftçi" üçün başladı

14:19 - 23 Mart 2015

27-ci turun matçına hazırlıq

 

Premyer Liqanın 27-ci turu çərçivəsində "Bakı" səfərdə "Neftçi"nin qonağı olacaq.

 

Klubdan Sportal.az-a verilən məlumata görə, bu gün  "zolaqlılar" 3 itki ilə məşqlərə start verib. Belə ki, Mahir Mədətov, Jaba və Georgios Pelagris məşqlərə qatılmayıblar. Buna səbəb isə, Mahirin U-19 millisinin heyətinin toplanışında, Jaba və Pelagrisin isə öz ölkələrində istirahətdə olmasıdır.

 

Qeyd edək ki, "Neftçi" - "Bakı" matçı aprelin 1-i keçiriləcək.

Xəbər xətti