"Beşiktaş" bu xəbərlə üzüldü: Kapitan üçün mövsüm başa çatdı

01:08 - 24 Mart 2015

Tolqanın zədəsi ciddidir
 
"Beşiktaş" ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, Türkiyə superliqasının 25-ci turunda "Fənərbaxça"ya qarşı matçda zədələnən Tolqa Zengin  tibbi müayinədən keçib. Zədəsinin ciddi olduğu müəyyənləşən 31 yaşlı qolkiperin bu mövsümü başa vurduğu bildirilib.
 
Qeyd edək ki, "Fənərbaxça" - "Beşiktaş" oyunu birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti