Türk futbolçu millidən imtina etdi

01:33 - 24 Mart 2015

Türkiyə millisində qalmaqal
 
"Bayer"in müdafiəçisi Ömer Toprak Türkiyə millisinin düşərgəsinə qatılmaqdan imtina edib.
 
Sportal.az xəbər verir ki, AVRO-2016-nın seçmə mərhələsində Hollandiya ilə oyuna çağırılan təcrübəli futbolçu bunu yığmadakı komanda yoldaşı Gökhan Töre ilə aralarında problem yaşaması ilə əlaqələndirib.
 
Gökhan Törenin daha öncə onu silahla hədələdiyini əsas gətirən Ömer Toprak yığmanın düşərgəsinə qatılmaq istəmədiyini açıqlayıb. Toprakın şərəfini qoruduğu "Bayer" də futbolçusunu dəstəkləyib. Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin Toprakı razı salmaq cəhdləri də nəticəsiz qalıb.
 
Xatırladırıq ki, Hollandiya - Türkiyə oyunu martın 28-də, Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.

Xəbər xətti