Cəmşid Məhərrəmovun baş məşqçisi istefa verdi

19:29 - 24 Mart 2015

"Adanaspor"da gözlənilməz istefa
 
Türkiyə birinci liqasında mübarizə aparan "Adanaspor" klubunun baş məşqçisi Güvənc Kurtar vəzifəsindən istefa verib.
 
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətindən verilən açıqlamada məlumat təsdiqlənib.
 
"Altınordu" ilə oyundakı məğlubiyyətdən sonra (1:3) G.Kurtar istefa verdiyini açıqlayaraq komandadan gedib. Bu məğlubiyyətdən sonra ilk "altılığ"a düşmək hədəflərindən uzaqlaşan klub rəhbərliyi 64 yaşlı mütəxəssisin istefasını qəbul edib.  Qeyd edək ki, Güvənc Kurtar 2014-cü ilin yanvar-may aylarında Bakının "Rəvan" klubunu çalışdırıb.  Xatırladaq ki, millimizin sabiq üzvü Cəmşid Məhərrəmov da hazırda bu komandada forma geyinir.

Xəbər xətti