Türkiyəli vitse-prezident UEFA-dan getdi

00:06 - 25 Mart 2015

Şenes Erzik fəxri vitse-prezident oldu
 
UEFA-nın birinci vitse-prezidenti Şenes Erzikin fəaliyyət müddəti başa çatıb.
 
Sportal.az xəbər verir ki, dünən keçirilən konqresdə türkiyəli Erzik idarə heyətindəki vəzifəsindən ayrılıb.
 
Onunla yanaşı, UEFA İcraiyyə Komitəsindəki fəaliyyəti başa çatan Sergey Fusenko (Rusiya) və Mirça Sandu (Rumıniya) da qurumla vidalaşıb. Ona fəxri prezident titulu da verilib.
 
Qeyd edək ki, Şenes Erzik 1982-ci ildən UEFA-da çalışırdı.

Xəbər xətti