"Sumqayıt" "Xəzər Lənkəran" üçün başladı

01:04 - 25 Mart 2015

Komanda 6 əksiklə məşq edir
 
Milli komandaların təlim-məşq toplanışı ilə əlaqədar olaraq istirahətə buraxılan "Sumqayıt" hazırlıqlarına start verib.
 
Sportal.az xəbər verir ki, komanda 4 əskiklə hazırlıqlarıni davam etdirir. Belə ki, Andrey Popoviç və Məhəmməd Qurbanov əsas millimizin heyətinə, Orxan Əliyev, Cəmil Hacıyev və Şahruddin Məhəmmədəliyev 21 yaşlılardan, Budaq Nəsirov isə 19 yaşlılardan ibarət milli komandamızla birlikdə fransada olduğu üçün  komandanın məşqlərinə qoşula bilmirlər.
Qeyd edək ki, "Sumqayıt" Premyer Liqanın XXVII turu çərçivəsində aprelin 1-də "Xəzər Lənkəran”ın qonağı olacaq.

Xəbər xətti