24 oyuna 13 asistlə yadda qalan müdafiəçi "Real"ın hədəfində

11:02 - 25 Mart 2015

Hollandiyadan İspaniyaya?

 

PSV-nin sol cinah müdafiəçisi Yetro Villems karyerasını İspaniyada davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Hollandiya çempionatında bu mövsüm keçirdiyi 24 matçda 13 məhsuldar ötürmə və 1 qolla yadda qalan 20 yaşlı futbolçu ilə Madridin "Real" klubu yaxından maraqlanır. Belə ki, Villemsin oyununu izləmək üçün "kral" klubu öz skautlarını da Hollandiyaya göndərib.

 

Qeyd edək ki, hollandiyalı futbolçunun transferində həmçinin "Mançester Siti" də maraqlıdır.

Xəbər xətti