"Fənərbaxça" Emenikeni cərimələdi

18:16 - 25 Mart 2015

Nigeriyalı hücumçu meydanı özbaşına tərk etdiyi üçün
 
Nigeriya millisinin üzvü Emmanuel Emenikenin özbaşnalığı “Fənərbaxça” klubuna baha başa gələ bilər.
 
Sportal.az xəbər verir ki, Superliqanın ötən turunda “Beşiktaş”la matçda “sarı-lacivərd”li fanatların etiraz etməsi hücumçunu hövsələdən çıxarıb. Oyunun gedişində formasını çıxaran nigeriyalı futbolçu meydanı özbaşına tərk edərək paltardəyişmə otağına yollanmaq istəyib. Emenike tunelə getmək istəyərkən onun qarşısını məşqçilər korpusu kəsərək yenidən meydana qaytarıb. “Fənərbaxça” rəhbərliyi futbolçunu bu hərəkətinə görə 50 min avro cərimələmək qərarına gəlib.

Xəbər xətti