"Xəzər Lənkəran" iki əksiklə başlayır

12:21 - 26 Mart 2015

 Komanda bu gün start verir
 
Premyer Liqada yaranan fasilə müddətinin yarısını istirahətdə keçirən “Xəzər Lənkəran” bu gün, martın 26-da bir araya gələcək.
 
Sportal.az xəbər verir ki, cənub təmsilçisi doğma şəhərdə toplanaraq “Sumqayıt”la oyunun hazırlıqlarına başlayacaq. Qarşıdakı beş gün ərzində stadionun yardımçı meydançasında çalışacaq komandanın hazırlığına Rahid Əmirquliyev və Elnur Cəfərov qatılmayacaqlar. A milli və U 19  yığma komandaların düşərgəsinə yollananan hər iki futbolçu ayın son günündə Lənkərana gələcəklər. Xatırladaq ki, “Xəzər Lənkəran” aprelin 1-də “Fırtınalar meydanı”nda “Sumqayıt” klubunu qəbul edəcək.(12cioyuncu.info)

Xəbər xətti