Millimiz 13-cü pilldəki yerini qorudu

12:40 - 26 Mart 2015

Reytinq cədvəli açıqlandı
 
Futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb.
 
Sportal.az xəbər verir ki, Azərbaycan fevraldakı mövqeyini dəyişməz saxlayıb. Belə ki, komandamız 1366 xalla 13-cü pillədəki yerini qoruyub.
 
Qeyd edək ki, reytinq siyahısına 1922 xala malik İspaniya başçılıq edir. İkinci yerdə Braziliya (1910), üçüncü pillədə Rusiya (1746) qərarlaşıb.

Xəbər xətti