Namiq Ələsgərov: "Edə biləcəyimiz bir şey yoxdu"

16:52 - 29 Mart 2015

"Səbrlə dözüb, sağalmaq üçün çalışmalıyam"
 
AÇ 2016-nın seçmə mərhələsində Azərbaycan millisi doğma azarkeşləri önündə 2:0 hesablı qələbə qazansa da, ilk qol ötürməsini verən Namiq Ələsgərovun zədələnməsi heç də yerinə düşmədi.
 
Sportal.az xəbər verir ki, gənc futbolçunun durumu ciddidi və ən azı 5-6 ay yaşıl meydanlardan uzaq qalacaq.
 
Ön çarpaz bağları sıradan çıxan Ələsgərovun özü klub saytına verdiyi açıqlamada zədəsinin ciddiliyindən danışıb: “Nə deyə bilərəm... Təbii ki, heç bir futbolçu zədələnmək istəməz. Amma bu oyunda zədələr qaçınılmazdı. İndi əməliyyat lazımdı. Səbrlə dözüb, sağalmaq üçün çalışmalıyam. Ağır zədədi. Amma edə biləcəyimiz bir şey yoxdu”

Xəbər xətti