"Baku Fires" "Rafako Hussars Poland"a səfərdə qalib gəldi

21:15 - 29 Mart 2015

11-ci turun qarşılaşması
 
Ümumdünya Boks Seriyasının (WSB) 11-cu turunda Azərbaycanın “Baku Fires” klubu Polşanın Qdansk şəhərində “Rafako Hussars Poland” komandası ilə qarşılaşıb.
 
 
Sportal.az xəbər verir ki, görüş  komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb.   
 
 
Döyüşlərin nəticələri:
 
Rafako Hussars Poland – Baku Fires  
49 kq. David Yaqodinski – Rəsul Saliyev  3:0 (49:45, 49: 45, 48:47)   
56 kq. Silvestr Kozlovski – Məhəmməd Qurbanov   0:3 (45: 49, 46:49, 47:48). 
64 kq. Damian Kivior  – Heybətulla Hacəliyev   0:3 (45:50, 45:50, 46:49). 
75 kq. Tomaş Yablonski -  Jaba Xositaşvili  – 2:1 (50:45, 47:48, 50:45). 
91 kq. Rain Karlson –  Abdulqadir Abdullayev  TKO R2 1:37
 
Bu görüşdə idmançıların fərdi reytinqi baxımından üç qarşılaşma komandamız üçün böyük önəm daşıyırdı. 56 kq çəki dərəcəsində Məhəmməd Qurbanov rəqibini məğlub edərək, reytinqdə 1-ci sıradakı mövqeyini möhkəmləndirib.  Heybətulla Hacəliyev isə bu qələbədən sonra reytinqdə 2-ci pilləyə yüksəlib.  Abdulqadir Abdullayev bu dəfə də rinqi nokautla qələbə qaznaraq tərk edib. Bu dəfə boksçumuzun zərbələri qarşısında estoniyalı Rain Karlson davam gətirə bilməyib.
 
“Baku Fires” növbəti görüşünü aprelin 11-də Quba Olimpiya Kompleksində USA “Knockouts”  klubuna qarşı keçirəcək.  
 
Turnir cədvəli 
1. “Astana Arlans” – 33, (döyüşlərin fərqi 46-9)
2. “Baku Fires” – 23, (35-20) 
3. “İtalia Thunder” – 20, (32-22) 
4. USA Knockouts – 18, (26-29) 
5. Puerto Rico Hurricanes – 18, (25-30)
6. Caciques Venezuela – 17, (23-32) 
7. “Rafako Hussars Poland” – 12, (21-34) 
8. “Argentina Condors” – 3, (11-43)

Xəbər xətti