"Kayseri Ərciyəsspor"da yeni baş məşqçi

01:45 - 30 Mart 2015

Superliqa təmsilçisini Fatih Təkkə çalışdıracaq
 
Türkiyə Superliqasında yaxşı günlərini yaşamayan və  elitanı tərk etmək təhlükəsiylə üz-üzə qalan “Kayseri Ərciyəsspor”da baş məşqçi dəyişikliyi baş verib.
 
Sportal.az xəbər verir ki, Mehmet Özdiləyin istefasından sonra  baş məşqçi axtarışına çıxan klub rəhbərliyi istədiyini tapıb. Fatih Təkkəylə razılığa gələn kayserilər yaxın günlərdə gənc mütəxəssislə rəsmi müqavilə bağlayacaqlar. Bu, cari mövsüm “Kayseri Ərciyəsspor”da 4-cü mütəxəssisdir ki, baş məşqçi postuna gətirilir. Fatih Təkkəyə qədər komandanı Bülənt Qorxmaz, Uğur Tütünəkər və Mehmet Özdilək çalışdırıb.           

Xəbər xətti