"Xəzər Lənkəran"da Ruslan Cəfərovdan başqa...

11:50 - 30 Mart 2015

 

27-ci tura hazırlıq

 

Milli komandamızın AVRO-2016 nın seçmə mərhələsindəki oyunu ilə əlaqədar Premyer Liqada  verilən fasilə başa çatıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Aprelin ilk günündə çempionatın XXVII turu  çərçivəsində “Xəzər Lənkəran” doğma meydanda “ Sumqayıt”ı qonaq edəcək. Cənub təmsilçisi artıq bir neçə gündür ki, Lənkərandakı bazasında məşqlərini davam etdirir və hazırda Ruslan Cəfərov istisna olmaqla heyətdə zədəli futbolçu yoxdur. Gənc müdafiəçi fərdi olaraq fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin nəzarətində bərpa dövrünü keçir. Sabah oyunöncəsi son məşqini əsas meydanda keçirəcək “Xəzər Lənkəran” daha sonra oyun saatını gözləyəcək.

 

Xatırladaq ki, aprelin 1-də saat 17.00 –da start götürəcək “ Xəzər Lənkəran”- “ Sumqayıt” matçı “ Xəzər Lənkəran” Tv vasitəsilə canlı yayımlanacaq.

Xəbər xətti