Azərbaycanlı samboçu Ermənistanın himnini təhqir etdi VİDEO

12:33 - 30 Mart 2015

Dünya kubokunda maraqlı hadisə

 

Rusiyanın paytaxtı Moskvada keçirilən və Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda maraqlı hadisə yaşanıb.

 

Sportal.az xəbər verir ki, turnirin ilk günündə 90 kq-dək çəki kateqoriyasında yarışın qalibi erməni Aşot Danielyan, 2-ci yerin sahibi rusiyalı Viktor Osipenko olub.

 

3-cü yeri isə belaruslu Sergey Lesyakla azərbaycanlı Bəxtiyar Abbasov bölüşüblər.  

 

Qaliblərin mükafatlandırılması zamanı isə samboçumuz Bəxtiyar Abbasov qalib gəlmiş erməni idmançının şərəfinə səsləndirilən Ermənistanın himnini ayaq üstə dayanaraq dinləməkdən imtina edib və nümayişkaranə şəkildə oturub.

 

Qeyd edək ki, Bəxtiyar Abbasov Ermənistanın işğal etdiyi Xocavənd rayonunun Qaradağlı kəndində dünyaya göz açıb.

 

Xəbər xətti