Boksçularımız liderlər arasında

16:00 - 30 Mart 2015

Reytinq cədvəli

 

Ümumdünya Boks Seriyası (WSB)11-ci turdan sonra fərdi reytinq cədvəlini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, "Baku Fires" klubunun iki üzvü - Məhəmməd Qurbanov və Albert Səlimov öz çəkilərində reytinq cədvəlinə başçılıq edirlər. Heybətulla Hacəliyev isə Polşada qələbə qazandıqdan sonra 2-ci yerə yüksəlib.

 

56 kq çəki dərəcəsində mübarizə aparan Qurbanov 5 görüşdən sonra 25 xal toplayaraq siyahıya başçılıq edir. Onun ən yaxın izləyicisi irlandiyalı Maykl Konlanın 21 xalı var. Bu çəkidə 2 idmançı lisenziya alacağından boksçumuzun böyük şansı var.

 

Abert Səlimov da (60 kq) Rio de Janeyro olimpiadasına vəsiqə qazanmağa çox yaxındı. Beş görüşdən sonra 25 xal toplayan boksçumuz kubalı Lazaro Estrada (22 xal) və əlcəzairli Reda Benbazizi (18 xal) qabaqlayır. Heybətulla Hacəliyev (64 kq) reytinqdə 2-ci pillədəki mövqeyini möhkəmləndirib.

 

Son gürüşdə polşalı boksçunu məğlub edən həmyerlimiz beş döyüşdən sonra 25 xal toplayıb. İtaliya nümayəndəsi Vinçenzo Maniaqapre eyni göstəriciyə malik olsa da, o, 1-cı sıradadı. Meksikalı Raul Qarsiya və kubalı Yasiner Toledo 3-4-cü yerləri bölüşürlər. Bu çəkidə 4 idmançının da olimpiadaya lisenziya qazanmaq şansı qalır. 64 kq çəki dərəcəsində iki boksçu vəsiqənin sahibi olacaq. 69 kq çəki dərəcəsində yarışan Pərviz Bağırov 16 xalla 4-cü yeri tutur.

 

Boksçumuz lider Rəcəb Butayevdən (Rusiya) 9 xal geri qalır. Bu çəkidə 2-ci yeri hesabında 24 xal olan mərakeşli Məhəmməd Rabii tutur.

 

Bu mövsüm bütün görüşlərdə qələbə qazanan Abdulqadir Abdullayev (91 kq) reytinqə 3-cü sıradadı. "Baku Fires" klubunun üzvü 5 qarşalışmadan sonra 25 xal toplayıb. Qazaxıstanlı Vasili Levit və kubalı Erislandi Savon 28 xalla 1-2-ci yerləri bölüşdürsələr də, bu boksçular millimizin üzvündən bir görüş çox keçiriblər. Bu çəkidə bir idmançının lisenziya alacağını nəzərə alsaq, Abdullayevə çətin olacaq.

Superağır çəki dərəcəsində Arslanbek Mahmudov 19 xalla 4-cü pillədədi. Amma boksçumuz ilk 3 yeri tutan rəqiblərinin hamısından bir görüş az keçirib. Siyahıya 25 xalı olan Filip Hrqoviç başçılıq edir. Böyük Britaniya təmsilçisi Cozef Coys 2-ci yerdədi.

49, 91 və +91 kq çəki dərəcələrində reytinqdə 1-ci olacaq boksçular, digər çəkilərdə isə 1-2-ci yerləri tutacaq idmançılar Rio de Janeyro olimpiadasına vəsiqə qazanacaqlar.

Xəbər xətti