Növbəti mövsümdən Premyer Liqada?
"Real"ın portuqaliyalı cinah müdafiəçisi Fabio Koentrao növbəti mövsümdən karyerasını İngiltərədə davam etdirə bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə qış transfer pəncərəsində də maraqlanan "Mançester Yunayted" Koentraodan əl çəkmək niyyətində deyil. Futbolçunun agenti ilə yenidən danışıqlara başlanılıb və transferin mövsümün sonunda reallaşacağı gözlənilir.
Qeyd edək ki, 2011-ci ildən "kral" klubunun şərəfini qoruyan Koentraonun 2019-cu ilə qədər komanda ilə müqaviləsi var.
saytlarin hazirlanmasi