"Fənərbaxça"dan ayrılmaq istəyən Emenikeyə 10 milyon avro

17:00 - 31 Mart 2015

Yenidən Moskvaya qayıdır

 

"Fənərbaxça"nın hücumçusu Emanuel Emenike yenidən karyerasını Rusiyada davam etdirə bilər.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu mövsümün sonunda "Fənərbaxça"dan ayrılmaq niyyətindədi. Nigeriyalı forvardı Moskva "Dinamo"su heyətinə qatmaq istəyir. Emenike üçün klub tərəfindən 10 milyon avro təklif olunacaq.

 

Qeyd edək ki, 2013-cü ildə "Fənərbaxça"ya qayıdan Emenike daha əvvəl Moskva "Spartak"ının şərəfini qoruyub.

Xəbər xətti