İngiltərənin "Everton" klubunun rəhbərliyi nümunəvi addım atıb.
Sportal.az xəbər verir ki, Liverpul təmsilçisi digər Premyer Liqa klubu olan "Sanderlend"in xərçəng xəstəliyindən əziyyət çəkən 5 yaşlı azarkeşi Bredli Loueriyə 200 min funt-sterlinq bağışlayıb. Bu məbləğ uşağın müalicəsi üçün xərclənəcək.
Qeyd edək ki, "Everton" İngiltərə Premyer Liqasının IV turunda səfərdə "Sanderlend" üzərində 3-0 hesablı qələbə qazanmışdı. Məhz ötən gün baş tutan görüşdən sonra "Everton" rəhbərliyi belə bir qərar qəbul edib.
saytlarin hazirlanmasi