İngiltərə Premyer Liqasında mübarizə aparan "Tottenhem" klubunda yeni müqavilə baş tutub.
Sportal.az xəbər verir ki, London klubu yarımmüdafiəçisi Dele Alli ilə müqavilə müddətini uzadıb. 20 yaşlı futbolçu "Tottenhem"lə 2022-ci ilə qədər yeni müqavilə imzalayıb.
Xatırladaq ki, Dele Alli 2015-ci ildə İngiltərənin aşağı liqasında çıxış edən "Milton Keyns Dons" klubundan transfer edilib.
saytlarin hazirlanmasi